Nida.az
Uorlik: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş olacaq"
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir.
Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Sankt-Peterburqda iyunun 20-də Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda baş tutub. Ondan öncə isə iki ölkə prezidenti mayın 16-da Venada görüşüblər.
C.Uorlikin sözlərinə görə, həm Vena, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər.
Amerikalı həmsədr qeyd edib: "Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk". (trend)
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom