Nida.az
Publika.Az-ın xəbəri təsdiqləndi: amerikalı könüllülər gəlməyəcək
Aprelin 1-də Azərbaycanın Təhsil Nazirliyi Sülh Korpusunu xəbərdar edib ki, İngilis Dilinin Xarici Dil kimi Öyrədilməsi Proqramının (TEFL) icrasını dəyərləndirmək üçün onu hələlik dayandırır.
ABŞ səfirliyinin mətbuat xidməti “Azadlıq Radiosu”nun sorğusuna cavabında bildirir ki, bu qərar aprelin 5-də Azərbaycana gəlməyi planlaşdıran 36 könüllünün planlarını pozub.
Səfirlik bu proqramların statusu barədə əlavə şərhi Azərbaycan
hökumətindən almağı məsləhət görür.
Bütün bunlardan sonra Sülh Korpusu bu yaz ölkəyə gəlməyi
planlaşdıran 55 könüllünün dərslərini təxirə salıb.
Qeyd edək ki, Sülh Korpusunun fəaliyyətinin dayandırılması xəbərini
ilk dəfə aprelin 7-də Publika.Az vermişdi. (xəbəri ətraflı bu linkdən
oxuya bilərsiniz: http://publika.az/p/14105 ).
Əldə etdiyimiz məlumatda deyilir ki, Sülh Korpusunun könüllüləri Azərbaycanda fəaliyyətə başlamaq üçün bu il də hər şeyi hazırlayıbmış. Hətta onların bölgələrdə qalacaqları evlər, təlim keçəcəkləri məkanlar, əməkdaşlıq edəcəkləri QHT-lər, bir sözlə hər şey hazır imiş Amma son anda Azərbaycan tərəfi bundan imtina edib.
Məlumat üçün bildirək ki, ABŞ Sülh Korpusu 1961-ci ildə prezident Con Kennedi tərəfindən təsis edilib. Kennedi sülh Korpusunun könüllülərinə belə deyirdi: “Siz dünya boyu Amerikanın reputasiyasını formalaşdıracaqsınız. Əgər siz onlara azadlıq, bütün dünyada insanların həyatının yaxşılaşa biləcəyi fikirlərini, ölkənizdəki gözəl ənənələri çatdıra bilsəniz uzağa gedə bilərsiniz”.
Daha bir maraqlı məqamsa, Sülh Korpusunun ABŞ-ın xarici siyasətinə müsbət təsir etməsidir. Amerikada bunun hərbi büdcə ilə müqayisədə daha az vəsait tələb etdiyi rəyi formalaşıb.
Asif
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO