Etibar Məmmədov haqda maraqlı xəbər
Bizi izləyin

Nida.az

Etibar Məmmədov haqda maraqlı xəbər

Etibar Məmmədov haqda maraqlı xəbər

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının ( BDİ) sədr müavini Etibar Məmmədov BDİ-nin 9-11 aprel tarixlərində İspaniyanın paytaxtı Madriddə keçirilən İcraçı toplantısında iştirak edir.

AMİP-in mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, proqrama BDİ-nin Daimi Beynəlxalq Əlaqələr Komitəsinin toplantısı, təşkilat daxili hesabatlar və məlumatlar, yeni üzvlüyə namizəd partiyaların təqdimatı, həmçinin, Latın Amerikasında keçirilən seçkilər və siyasi vəziyyət, Ukraynada baş verən hadisələr daxildir.

İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən İcraçı Toplantının gedişində İspaniyanın Baş naziri Mariano Rajoy ilə də görüş planlaşdırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm