Sərsəng su anbarıyla bağlı məsələ AŞPA-da müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Sərsəng su anbarıyla bağlı məsələ AŞPA-da müzakirə olunacaq

AŞPA-nın Sədarət Komitəsi Sərsəng su anbarıyla bağlı qətnamə layihəsinə müsbət rəy verib.

AŞ PA-nın Sədarət Komitəsi Sərsəng su anbarıyla bağlı qətnamə layihəsinə müsbət rəy verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının mətbuat xidməti bildirir ki, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsi aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunub. Sədarət Komitəsi Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsini AŞPA-nın sosial komitəsində baxılması və məruzəçinin təyin edilməsi barədə qərar verib.

Qeyd edək ki, Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri buna qədər 2 dəfə erməni lobbisinin səyləri nəticəsində bu mərhələni adlaya bilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm