“ABŞ 300 milyon türkə qarşıdır”
Bizi izləyin

Nida.az

“ABŞ 300 milyon türkə qarşıdır”

“ABŞ 300 milyon türkə qarşıdır”

“ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırımı iddiaları ilə bağlı layihəni qəbul etməsinin səbəbi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluqdur”.

Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, birmənalı olaraq ABŞ-ın Ərdoğan hökumətinə qarşı apardığı siyasət açıq şəkildə müşahidə olunur: “ABŞ bu kompaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı.

Bütün imkanları ilə səfərbər olunan ABŞ Ərdoğan hakimiyyətinə təzyiq etməkdə idi və bu siyasət yenə davam etmədədir. Münasibətlərin daha da korlanması Misir dövlətində baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi. Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi.

Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq demək idi. Xatırlayırsınızsa, bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə səs-küylü korrupsiya faktları ilə bağlı hökumət üzvlərinin övladlarının həbsi, nazirlərinin istefaya getməsi, Ərdoğan hökumətinin yenidən fomalaşmasına gətirib çıxartdı. Hətta öz yaxın müttəfiqi olan Fətullan Güllənlə Ərdoğanın münasibətlərinin korlanması da ABŞ tərəfindən həyata keçirilən siyasət idi”.
N. Orduxanlı hesab edir ki, indi də ABŞ artıq soyqırımı tanımaqla Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür.

“ABŞ-ın əsas planı nəyin bahasına olur olsun avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməməsinə əngəl törətməkdir. ABŞ Ərdoğanın prezident seçilməsini istəmir. Ola bilsin ki, yaxn zamanlarda ABŞ-Türkiyə münasibətləri daha da sərtləşsin.

Lakin bütün bunlara baxmayaraq ABŞ soyqırımı ilə bağlı qəbul etdiyi qərarın birbaşa ABŞ-a qarşı olduğu qənaətindədir. ABŞ erməni soyqırımını Senatın xarici əlaqələr komitəsində tanınması ABŞ-a utanc gətirən bir haldır və heç bir beynəlxalq hüquqa söykənmir. Bütün dünyaya özünü demokratik dəyərləri və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ dərhal bu qərarı ləğv etməlidir”-deyə o bildirib.

BAXCP rəsmisinin fikrincə, Azərbaycan cəmiyyəti də bu qərardan ciddi narazılığını ifadə etməlidir: “Onlar bilməlidir ki, komitənin bu qərarı qardaş Türkiyəyə deyil, dünyada yaşayan 300 milyonluq türk kökənli insanları özündən narazı salacaq. Bu məsələdə Azərbaycan türkləri də ABŞ-dan narazı qalacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm