“Yurd Tv” bağlandı, bəs digərləri? – ÖZƏL
Bizi izləyin

Nida.az

“Yurd Tv” bağlandı, bəs digərləri? – ÖZƏL

“Yurd Tv” bağlandı, bəs digərləri? – ÖZƏL

“Yurd Tv” fəaliyyətini dayandırdı. Publika.Az -ın eksklüziv əldə etdiyi məlumata görə, eyni şəxsin kurasiyasına daxil olan bu televiziya ilə yanaşı, digər media orqanlarında da dəyişiklik gözlənilir.

Bura “1 news.az” və onun Azərbaycan dili versiyası olan “Gun.az” xəbər portallarıdır. Bu şəbəkəyə bir neçə reklam, avtomobil, həmçinin elan saytları da daxildir.

Məlumata görə, yaxın günlərdə bu media orqanlarında rəhbər dəyişikliyi olacaq. Qeyd edək ki, bu medialara Rəhman Hacıyev rəhbərlik edir. O həm də “Bakraboçi”nin baş redaktorudur. Lakin məlumatlara görə, baş redaktor qəzetə aylarla gəlmir.

“Bakupost” qəzetinə də qeyri-rəsmi olaraq R. Hacıyevin rəhbərlik etdiyi deyilir. Onun ən yaxşı halda səlahiyyətlərinin azaldılmış formada “Bakraboçi” qəzetindəki postunda qalacağı deyilir, amma bu da bir qədər qaranlıq məsələdir.

Mənbə bildirir ki, dəyişiklik dalğası ən sonda “ireli.tv”, “iradio.az”-a çatacaq. Buna qədərsə İRƏLİ-də müəyyən dəyişikliklər olacağı gözlənilir

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm