• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Məgər halallığı Papa verməlidir?”- Şeyxin qardaşı danışdı

  • Nida.az
  • 11 Aprel 2014 12:12
  • 473 Baxış
“Məgər halallığı Papa verməlidir?”- Şeyxin qardaşı danışdı

“Halallıq məsələsinə toxunan yeganə idarə QMİ-dir və mənə elə gəlir ki, bunu da onlar verməlidir”.

Bu barədə millət vəkili, QMİ sədri şeyxülsialm Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Publika.Az -a açıqlamasında son vaxtlar QMİ ilə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin arasında yaranmış mübahisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyanın hər yerində yeyinti məhsullarına halal sertifikatları verilir: “Avropanın özündən Azərbaycana, digər müsəlman dövlətlərə, həmçinin müsəlman olmayan, amma müsəlmanların da yaşadığı dövlətlərə göndərilən ərzaq məhsullarının üstündə halal sözü yazılır.

Bu Avropa da, ABŞ-da da, həmçinin digər ölkələrdə də var. Bu məsələ tək müsəlmançılıqda yoxdur. Misal üçün yəhudilərin özündəün, krişna deyilən sektanın özündə də halallıq var”.

C. Paşazadə qeyd edib ki, dövlət komitəsi məhsulun halallığına yox, keyfiyyətinə cavab verə bilər: “Halal sözü deyəndə bəziləri deyir ki, filankəs hardasa halallıq sertifikatı verir.

Məgər, halallıq sertifikatını Papa verməlidir? Papanın halal, haramı var ki, sertifikat da versin. Halallıq müsəlman dövlətləri üçün var. Buna görə də halallığı ruhani idarəsi verməlidir.

Amma sertifikatın başqa formalarında, misal üçün ərzağın gəlməsi, hansı mənşəyə uyğun olması, gigiyenik qaydada qorunması və s. məsələlərə əlbəttə ki, komitə baxmalıdır”.

Qeyd edə ki, halal sertifikatının verilməsinə görə yaranmış mübahisənin qurumlar arasında birgə məsləhətləşmələrlə həll olunacağına qərar verilib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR