Nida.az
YAP-dan İslam Kərimovla bağlı AÇIQLAMA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Özbəkistan prezidenti İslam Kərimovun səhhətində yaranan problemlə bağlı münasibətini açıqlayıb.
YAP-çı deputat A.Mirzəzadə Publika.az-a açıqlamasında deyib ki, Özbəkistan prezidenti İslam Kərimovun səhhətində problemlərin yaranması bu ölkəyə dost-qardaş olan Azərbaycan xalqında narahatlıq doğurur: "İslam Kərimov Azərbaycanı sevən və ona dost olan insandır. İslam Kərimova tezliklə sağalmasını və yenidən öz vəzifəsini icra etməsini arzu edirik. Özbəkistan xalqı bütün situasiyalardan uğurla çıxdığı kimi, bu vəziyyətdən də uğurla çıxacağına heç bir şübhəmiz yoxdur. İnanıram ki, İslam Kərimov sağaldıqdan sonra yenidən müstəqillik yolunu uğurla davam etdirəcək".
A.Mirzəzadə həmçinin qeyd edib ki, Özbəkistanda baş verən hadisələr bu ölkənin daxili məsələləridir:
"Hər hansı bir ölkənin Özbəkistanın daxili işlərinə qarışması və onun gələcək inkişaf yolunun müəyyən etməsinə təsir göstərməsi yolverilməzdir. Müstəqillik dövründə Özbəkistan özünün daxili problemlərini özü həll edən və xarici siyasətini müstəqil şəkildə yürüdən dövlət kimi tanıda bilib. Özbəkistanın türk dövləti kimi uğurları Azərbaycanda hər zaman sevincə qarşılanıb. Ümid edirəm ki, İslam Kərimov tezliklə sağalacaq və onun səhhətində hər hansı problem olmayacaq".
Vasif Həsənli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!