İsa Qəmbərin yerinə iddialı: “Çadır qurub qurultay keçirək”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin yerinə iddialı: “Çadır qurub qurultay keçirək”

İsa Qəmbərin yerinə iddialı: “Çadır qurub qurultay keçirək”

“Faktiki olaraq, 4 ildir ki, partiya növbəti qurultayını keçirə bilmir və buna görə bütün günahları iqtidarın üzərinə yükləmək fikrində olanlara qatılmıram. Cümlə müsavatçıların, xüsusən, qurultayın keçirilməsi üçün çiyninə məsuliyyət götürənlərin fəaliyyətsizliyini də qeyd etmək gərəkdir”.

Bu barədə Publika.Az -a açıqlamasında Müsavat başqanının müşaviri, İsa Qəmbərin yerinə iddialı Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, reallıqları etiraf etmək lazımdır: "Mahiyyətindən asılı olmayaraq, dünyada bütün iqtidarlar güc qarşısında geri addım atır. Demək ki, gücümüz yetərli deyil və bunu etiraf etmək heç də Müsavat Partiyasının zəif olduğunu təsdiq etmək demək deyil. Fəaliyyət proqramı nöqsanlıdır, məhz bu barədə ciddi düşünməyə dəyər. Dörd ildə biz bu problemin həlli üçün Avropa məhkəməsinə gedib çıxardıq.

Təəssüf ki, Bakı şəhər məhkəməsindən savayı bir kimsənin qapısını döymürük. Bir dəfə Konstitusiya Məhkəməsinə üz tutduqmu? Qurultayla bağlı ATƏT-in və digər qurumların iştirakı ilə bir dəyirmi masa təşkil etdikmi? Haradadır, Müsavat Partiyasının hüquqşünasları?

Ümumiyyətlə, bizim qurultay keçirmək fikrimiz ciddidirmi? Ciddidirsə, bəylər və xanımlar, lap belə namünasib yer olsa da qurultayın keçirilməsinə nail olmalıyıq. Yer vermirlər gəlin çadır qurub qurultay keçirək, ya da sosial şəbəkələrin birindən yararlanıb bu işi bitirək.

Bu məsələ qısa zamanda həllini tapmalıdır. Nədən ki, siyasi həyatda bir süstlük, durğunluq hökm sürməkdədir. Yalnız yenilənmiş Müsavat mövcud süstlüyü və durğunluğu aradan qaldıra bilər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm