Erkin Qədirli Ziyalılar Forumunu tərk etdi
Bizi izləyin

Nida.az

Erkin Qədirli Ziyalılar Forumunu tərk etdi

Erkin Qədirli Ziyalılar Forumunu tərk etdi

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli Ziyalılar Forumundan çıxıb.

Bu barədə E. Qədirli Publika.Az-a açıqlamasında məlumat verib. Bildirib ki, forumdan getməsinə səbəb REAL-dakı işləri ilə bağlıdır: “Oradakı ziyalılarla münasibətimiz qalıb, normaldır, amma doğrusu toplaşıb-toplaşmadıqlarından xəbərim yoxdur.

Mənim heç Rüstəm İbrahimbəyovun forum üzvlərinə müraciətindən belə xəbərim yoxdur. Seçki ili onların tədbirində iştirak etmədim, çünki Milli Şura konteksti və Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında müzakirələr gedirdi. Bizsə İlqar Məmmədovun namizədliyi ilə məşğul idik”.

E. Qədirli qeyd edib ki, onun iştirak etdiyim toplantılarda heç vaxt siyasi söhbətlər olmayıb, sırf mədəni, ziyalı söhbətləri gedirdi: “Ziyalıların siyasi proseslərdə iştirakını isə öz sərbəst seçimi sayıram: “REAL-ın İdarə Heyətinin üzvü kimi öz namizədimiz vardı. Milli Şura ilə bağlı mövqeyimiz məlumdur. Həm orda, həm burda ola bilməzdim”.

O, hazırda REAL-da Təşəbbüs qrupunun genişləndirilməsi ilə məşğul olduqlarını deyib: “Növbəti mərhələdə sənədlərin hazırlanması, təşkilatlanma var. 2015-ci il seçkiləri ilə mərhələləri uyğunlaşdırmışıq ki, seçkilərdə partiya kimi iştirak edək. Parlament seçkilərində iştirak etmək iddiasındayıq”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm