Nida.az
Sabiq ölkə rəhbərləri Bakı forumunu müzakirə etdi
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq ölkə başçısı Vayra Vike-Frayberqa və ölkənin digər keçmiş prezidenti Valdis Zatlerslə aprelin 27-30-da Bakıda keçiriləcək II Açıq Cəmiyyətlər Forumuna dair müzakirələr aparılıb. Bu barədə Publika.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Latviyanın paytaxtı Riqada baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək Forumun proqramı, toplantının gündəliyi müzakirə olunub.
II Açıq Cəmiyyətlər Forumunda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirə ediləcək.
Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Roma Klubu və Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 54 ölkədən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub.
Vasif
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB