• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Əhmədov səhiyyə ilə bağlı tapşırıq verdi

  • Nida.az
  • 11 Aprel 2014 21:18
  • 1 659 Baxış
Əli Əhmədov səhiyyə ilə bağlı tapşırıq verdi

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun yanında Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq olunması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, iclasda işçi qrupuna daxil olan səhiyyə, iqtisadiyyat və sənaye, maliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, habelə Dünya Bankının nümayəndələri iştirak ediblər.

İclasda səhiyyə sahəsində islahatların keyfiyyətcə yeni mərhələsinə başlamaq üçün İcbari Tibbi Sığorta sisteminin tətbiqinin həyata keçirilməsinə dair geniş müzakirələr olub. İclasın sonunda Baş nazirin müavini Əli Əhmədov işlərin sürətləndirilməsi və zəruri tədbirlərin görülməsi barədə işçi qrupuna müvafiq tapşırıqlar verib. /Qafqazinfo/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR