Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı Fərman imzaladı
Bizi izləyin

Nida.az

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı Fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə görə, Gənclər və İdman Nazirliyi tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Nazirlik tabeliyində olan olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Əlavəyə görə, Azərbaycan Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görməlidir.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazidə fəaliyyət göstərən dövlət olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm