Cənubi Afrika ilə Anlaşma Memorandum təsdiqləndi
Bizi izləyin

Nida.az

Cənubi Afrika ilə Anlaşma Memorandum təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Cənubi Afrika Respublikası Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, "Azərbaycan Respublikası Hökuməti və Cənubi Afrika Respublikası Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" 2014-cü il fevralın 21-də Pretoriya şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Cənubi Afrika Respublikası Hökumətini xəbərdar etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm