Kremldən Azərbaycana qarşı mühüm kadr dəyişikliyi
Bizi izləyin

Nida.az

Kremldən Azərbaycana qarşı mühüm kadr dəyişikliyi

Kremldən Azərbaycana qarşı mühüm kadr dəyişikliyi

Rusiyanın Baş naziri Dmirti Medvedev Rusiya-Azərbaycan hökumətlərarası komissiyasına yeni həmsədr təyin edib.

Publika.Az xəbər verir ki, bu vəzifədə Aleksandr Xloponi baş nazirin müavini, Rusiyanın NATO-dakı keçmiş səlahiyyətli nümayəndəsi Dmitri Roqozin təyin edilib. Kremlin bu kadr dəyişikliyi Dmitri Roqozinin şəxsiyyətində diqqət çəkir.

Belə ki, bu şəxs anti-Qərb mövqeyi ilə seçilir, həmçinin o, SSRİ-nin bərpa olunmasının qatı tərəfdarıdır. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Publika.Az-a Kremlin kadr dəyişikliyini belə şərh edib: “Roqozin sərt siyasətçidir, öz kəskin bəyanatları ilə tanınır, Rusiyanın hərbi-siyasi baxımdan möhkəmlənməsinə və hökmranlığının bərpasına tərəfdardır.

Harada “stola yumruq vurmaq” lazımdır, ora onu göndərirlər”. Politoloq hesab edir ki, Roqozin özünəməxsus tərzdə açıq hədələrlə Kremlin fikirlərini Bakıya çatdıracaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm