Sabir Rüstəmxanlı: “ Onlar üçün milli məsələlər, ümumi problemlər və Qarabağ məsələsi kənarda qalıb”
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: “ Onlar üçün milli məsələlər, ümumi problemlər və Qarabağ məsələsi kənarda qalıb”

Bizim müxalifət neçə illərdir ki, öz-özlərini ittiham etməklə və gözdən salmaqla məşğuldur. Onlar üçün hakimiyyət, milli məsələlər, ümumi ölkə problemləri və Qarabağ məsələsi kənarda qalıb.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şura daxilində baş verən son hadisələrə münasibət bildirib.

Deputat S.Rüstəmxanlı Publika.Az -a açıqlamasında deyib: “Mən Milli Şuranın üzvü olmadığım üçün burada gedən proseslərdən ancaq mətbuat vasitəsilə xəbər tuturam. Ümumiyyətlə, onu deyim ki, indi Azərbaycanda bir-birini şantaj və təhqir edən, şəxsi maraqlarını önə sürən müxalifətə ehtiyac yoxdur. Azərbaycanda güclü və milli maraqlardan çıxış edən müxalifətə ehtiyac var.

Müxalifət cəmiyyətin ayrı-ayrı təbəqələrinə, o cümlədən iqtidara düşmən kimi deyil, cəmiyyətin bir hissəsi kimi baxmalıdır. Əgər belə bir müxalifət olarsa, o zaman dövlət də uzun müddət sabit və güclü olar. Bu təminat olmasa, heç kəs oturduğu yerdə də rahat ola bilməz. Bizim müxalifət neçə illərdir ki, öz-özlərini ittiham etməklə və gözdən salmaqla məşğuldur. Onlar üçün hakimiyyət, milli məsələlər, ümumi ölkə problemləri və Qarabağ məsələsi kənarda qalıb. Onlar ən azı anlamalıdır ki, bu cür münaqişələr güclü dövlət qurmağa və torpaqlarımızı işğaldan azad etməyə kölgə salır. Müxalifət ciddi olmalıdır və hər dediyi sözün məsuliyyətini dərk etməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm