• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etdi

  • Nida.az
  • 12 Aprel 2014 17:49
  • 1 712 Baxış
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etdi

Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

Dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq edilib.

Yeni dəyişikliklərə əsasən, 155.2.1-ci maddədən “və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan” sözləri çıxarılıb. Əvəzində “155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat miqdarında cərimə edilir" sözləri əlavə edilib.

Eyni zamanda “391.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır" ifadələri əlavə edilib.

Həmçinin bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir”.

Eyni zamanda dəyişikliyə əsasən aşağıdakı maddələr əlavə olunub:

“410-1.8. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə:

410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq;
410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR