"Putin Qərbə qulaqburması verir"
Bizi izləyin

Nida.az

"Putin Qərbə qulaqburması verir"

"Putin Qərbə qulaqburması verir"

"Qərbin əli ilə Ukraynada hakimiyyətə gəlmiş uşaqlar Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər".

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev "Baymedia.az"a açıqlamasında Ukraynada baş verən son hadisələri şərh edərkən deyib. BAXCP sədri bildirib ki, Ukraynada inqilab hazırlayan ABŞ və AB Rusiyanın addımlarını proqnozlaşdıra bilmədiklərindən, cıxılmaz vəziyyətə düşüblər:

"Qərbi arxasınca apara biləcək parlaq lider, daha doğrusu, indiki zamanda sərkərdə olmadığından, Putin onların qulaqlarından tutub burur, burduqca onlar ayaqlarını yerə döyüb qışqırırlar. Onlar qışqırdıqca isə Putin daha bərk qulaqburması verir. Nəticədə isə Ukrayna dövləti dağılır. Qərbin əli ilə hakimiyyətə gəlmiş uşaqlar isə Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər. Qərb dövlətləri də öz növbələrində müharibə olacağı təqdirdə sifətlərini tam itirəcəklərindən qorxaraq belə tapşırıq vermirlər. Qərbin oyuncaqlarının isə hətta ləyaqətləri catmır ki, qarant öhdəliyini yerinə yetirməyən ölkələrdən nüvə silahını geri tələb etsinlər".

Qüdrət Həsənquliyev qeyd edib ki, belə vəziyyətdə Atatürk kimi bir şəxsiyyət ortaya cıxmalı və Ukraynanı azad etməlidir:

“Əks halda Ukrayna ərazilərinin böyuk hissəsini itirəcək. Hətta ola bilsin ki, Rusiya Ukraynada hakimiyyəti də dəyişib öz oyuncaq dövlətini qursun. Basqasının əlində hakimiyyət naminə alət olmağın sonu belə olur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm