İsrail eksperti: “Serj Sarkisyan məhkəmədə cavab verməlidir”
Bizi izləyin

Nida.az

İsrail eksperti: “Serj Sarkisyan məhkəmədə cavab verməlidir”

İsrail eksperti: “Serj Sarkisyan məhkəmədə cavab verməlidir”

Vilnüsdə “Postsovet məkanında dondurulmuş münaqişələr: onların siyasi mənası və mümkün həll üsulları” mövzusunda beynəlxalq konfrans keçirlib.

Publika.Az xəbər verir ki, konfransda əsas diqqət postsovet məkanında, xüsusən dondurulmuş münaqişələr zonasında geosiyasi vəziyyətin müzakirəsinə yönəldilib. Konfransın işində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Moldova, Ukrayna və Gürcüstanın Litvadakı səfirləri, siyasi analitik, İsrail teleradiosunun şərhçisi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut, beynəlxalq ekspertlər, KİV nümayəndələri iştirak ediblər.

“Ermənistanı aclıqdan erməni diasporu xilas edir”

A. Qut konfransda çıxışı zamanı qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 fazi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb: “Bu gün Ermənistan tam olaraq Rusiyanın siyasi və iqtisadi ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan erməni diasporu xilas edir. Şəxsi pul köçürmələri ildə iki milyard dollara çatır, üstəgəl ABŞ Konqresinin maliyyə yardmı”.

A. Qut daha sonra konfrans iştirakçılarına Xocalı soyqırımına dair geniş və ətraflı prezentasiya təqdim edib. Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaqdır. “Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür”-deyə o bildirib.

“Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi üçün mərhələ kimi seçilibdir”

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru olan Arye Qut qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülüb, 487 nəfəri şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülüb, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. O,150 nəfərin taleyinin indiyədək məlum olmadığını diqqətə çatdırıb: “Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olub. Bu faktlar sübut edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsinin məqsədi onların hamısının azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq olubdur. Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi, dəhşətli amansızlığın müqabilində vahimə və qorxu yaradılması üçün mərhələ kimi seçilibdir. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı vəhşicəsinə törədilmiş bu qəddarlığın heç cür izahı yoxdur”.

“Seyran Ohanyan, Serj Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”

Arye Qut çıxışının sonunda qeyd edib ki, Xocalının azərbaycanlı əhalisinin qırğını ilə bağlı bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri yada salır.

“Nə qədər ki Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, nə qədər ki Azərbaycanın bu dilbər guşəsi işğalçılardan azad edilməyib və azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmayıblar, İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi bizim hər birimiz erməni təcavüzü, onun ağır nəticələri ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməli və ədalətin bərpasına və möhkəmlənməsinə kömək etməliyik”-deyə o bildirib.

Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən cinayətdir: “Erməni faşistlərinin bu cinayətlərini bütün dünya bilməlidir. Bu gün Ermənistanda yüksək vəzifələrdə mövqe tutan insanlar - Seyran Ohanyan, Serj Sarkisyan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Qədim Azərbaycan torpağında islam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olub. Bu ölkədə indinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dörd nazir yəhudi xalqının nümayəndələri olublar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir”.

“Siz belə bir ölkə sadəcə tapa bilməyəcəksiniz”

A. Qut qeyd edilib ki, Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadıqları yeganə və nadir yerdir, həm də ölkənin əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onlar bir-birinə ümumi tarix və tale ilə bağlıdırlar.
“Azərbaycanda heç zaman antisemitizm olmayıb və biz Azərbaycanın İsraildəki diasporu kimi bununla fəxr edirik. Azərbaycan sivilizasiyalararası dialoqun bir nümunəsidir. Mənə bir ölkə adı deyin ki, orada prezident və ölkənin birinci xanımının himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa olunsun. Düşünürəm ki, başqa belə bir ölkə siz sadəcə tapa bilməyəcəksiniz”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm