“Bu, həmin şəxsin əqli problemindən xəbər verir” - AXCP Müsavata cavab verdi
Bizi izləyin

Nida.az

“Bu, həmin şəxsin əqli problemindən xəbər verir” - AXCP Müsavata cavab verdi

“Bu, həmin şəxsin əqli problemindən xəbər verir” - AXCP Müsavata cavab verdi

“Əli bəyi doğru fikir səsləndirdiyinə görə qınamaq, yaxud günahlandırmaq, həqiqəti məhz o səsləndirdiyinə üçün inkar etmək kimliyindən asılı olmayaraq, həmin şəxsin əqli və mənəvi probleminin olduğunu göstərir”.

Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı publika.Az-a açıqlamasında Əli Kərimlinin Ukrayna müxalifətini qətiyyətsizlikdə günahlandırmasına qarşı səslənən fikirlərə, həmçinin Müsavat başqanının müavini Gülağa Aslanlının bunu absurd fikir hesab etməsinə münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı qeyd edib ki, polemikanın məqsədi həqiqəti tapmaq, doğrunu ortaya çıxarmaqdır: “Əgər həqiqət ortada varsa, hamı tərəfindən etiraf olunursa, bunu inkar etmək əqli, mənəvi problemlərdən xəbər verir. Əli bəyin səsləndirdiyi fikirlər təkcə ona məxsus deyildi. Ukraynanın Şərqində separatçılıq başlayanda mövcud hakimiyyəti qətiyyətsiz münasibət göstərdi və buna Ukrayna mediası, təmsilçiləri tənqidi fikirlər bildirdilər. Sonradan Əli bəyin səsləndirdiyi fikirlər təsdiqini tapdı və Ukrayna hakimiyyəti anti-terror əməliyyatlarına başladı”.

AXCP sədrinin müavini bildirib ki, bunu inkar edənlərlə polemika aparmağa lüzum yoxdur: “Görünür ağılları, intellektləri normal fikir söyləməyə çatmadığı üçün məhz Əli Kərimlinin fikirlərinə kölgə salmağı özlərinə peşə seçiblər. Bu da onların öz səviyyələrinə uyğun seçdikləri yoldur. Buna biz nə deyə bilərik ki?”.

Qeyd edək ki, Ə. Kərimlinin Ukrayna müxalifəti haqda səsləndirdiyi fikirləri ən çox REAL hərəkatının funksionerləri tənqid etmişdi.

Ardınca Gülağa Aslanlı deyib ki, Əli Kərimlinin fikirləri çox absurddur və o, bu məsələyə ciddi baxmır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm