Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevaprelin 14-də Fransanın keçmiş xarici işlər naziri Über Vedrini qəbul edib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əməkdaşlıq əlaqələri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı./AzərTAc

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14- də Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi. Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş etdi.

***

Prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırladı. Ölkəmiz ilə Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışdı, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm