İsa Qəmbərin keçmiş müavini qardaşının müsavatçıları döyməsindən danışdı
Bizi izləyin

Nida.az

İsa Qəmbərin keçmiş müavini qardaşının müsavatçıları döyməsindən danışdı

“Mənim qardaşım mayordur. O öz vəzifə səlahiyyətlərini yerinə yetirib, mən isə başqa sahədə çalışmışam”.

Bu barədə Müsavat başqanı İsa Qəmbərin sabiq müavini Qabil Hüseynli Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin 12 sentyabr 1998-ci il mitinqlərində onun polis qardaşı tərəfindən döyüldüyünü bildirməsinə münasibət bildirərkən deyib.

Q. Hüseynli bildirib ki, onun qardaşı mitinqlərin yatırılmasında iştirak etməyib:

“Əgər o bunu edibsə, qınayıram. Amma bilirəm ki, o mitinqlərdə iştirak etməyib. Qardaşım rayon polis idarəsində məsul vəzifədə çalışıb, o sıravi polis olmayıb ki, mitinq iştirakçılarına qarşı getsin. Digər tərəfdən də mən qardaşıma görə cavabdeh deyiləm ki?”.

Q. Hüseynli V. Hacıbəylini də ittiham edib.

“Mən müavin olmuşam, vəzifəmi düzgün deməlidirlər. Digər tərəfdən, o da çox zibillər qarışdırıb, indi biz də onu açıb tökək. Hiss olunur ki, zərbəni mənə qarşı yönəltmək istəyirlər. Mən onun dediklərini əsassız sayıram. Polisə iradı varsa, polislə haqq-hesab çəksin, mənə nə dəxli var”-deyə o bildirib.

Qeyd edək ki, V. Hacıbəyli 1998-ci il 12 sentyabr mitinqlərində danışarkən deyib ki, 2000-ci ildə həbs olunduqda tanıdığım 22-ci polis bölməsinin o vaxtkı rəisi N. Məşədiyev, yenə sonradan həmin işlə bağlı keçirilən məhkəmədə tanıdığım mayor Sabir Hüseynov - sabiq müsavatçı Qabil Hüseynlinin qardaşı - sifətimə zərbələr endirirdilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm