Əli Kərimlidən kimlər məsləhət alır? - FOTO
Bizi izləyin

Nida.az

Əli Kərimlidən kimlər məsləhət alır? - FOTO

"Əli Kərimlidən kimlər məsləhət alır? - FOTO

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin “Facebook”da yazdığı “Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı” statusu sosial şəbəkələrdə böyük əks səda doğurub.

Publika.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri “#meslehet heştəqi” yaradaraq bunu gülüş obyektinə çeviriblər. Həmçinin sosial şəbəkələrdə Əli Kərimlinin “caps”ləri də yayılmaqdadır.

N. Məmmədli məşhur statusunda belə yazıb: “Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı Həqiqətə söykənən statusumdan isterika keçirməyə ehtiyac yoxdur. Sadəcə olaraq qərəzi bir tərəfə qoyun, mənim statusumu da unudub, dünyanın nə dediyinə baxın. Artıq bütün dünya, o cümlədən prezidentlər Əli bəyin bir neçə gün əvvəl dediklərini təkrar edirlər. Bəlkə Polşanın prezidenti də Əli bəyin müavinidir? . Demişdi ki, hakimiyyətin qətiyyətsiz davranışı ölkənin parçalanmasını daha da dərinləşdirə bilər”.

Müsavat başqanının müşaviri Səxavət Soltanlı bu barədə ironiya ilə belə deyib: “Vaxtinda məsləhətlərə qulaq asmamaq ciddi problemdir. Vaxtinda məsləhətlər eşidilsəydi AXCP de 7 yerə parçalanmazdı”.
“Facebook” istifadəçisi Şahin Cəfərli isə maraqlı təkliflə çıxış edib. O, “Əli bəyi BMT-nin baş katibi qoymaq lazımdır. Dünyada sülh və təhlükəsizliyi təmin etməyə qadir olan yeganə Adəm övladı odur” deyə bildirib.
Ən maraqlısı isə “Məsləhətiniz bir telefon qədər yaxın olsun” başlığı ilə dünya liderlərinin Ə. Kərimliyə zəng etməsi fotosu yayılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm