Rusiyanın daha bir naziri Azərbaycanda səfərdədir
Bizi izləyin

Nida.az

Rusiyanın daha bir naziri Azərbaycanda səfərdədir

Bu gün Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Ulyanovsk vilayəti Hökumətinin sədr müavini – kənd təsərrüfatı, meşə təsərrüfatı və təbii sərvətlər naziri Aleksandr Viktoroviç Çepuxin ilə görüşüb.

Bu gün Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Ulyanovsk vilayəti Hökumətinin sədr müavini – kənd təsərrüfatı, meşə təsərrüfatı və təbii sərvətlər naziri Aleksandr Viktoroviç Çepuxin ilə görüşüb.

Publika.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olub. Nazir müavini İlham Quliyev qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan ilə Rusiya Federasiyasının bu bölgəsi arasında əlaqələrin demək olar ki, qırx illik tarixi vardır. Bu əlaqələr Ümummilli lider Heydər Əliyevin də iştirak etdiyi Ulyanovsk vilayətində Azərbaycanın Mədəniyyət Günlərindən başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təhsilə dəstək” layihəsi çərçivəsində Ulyanovskda yerləşən 78 nömrəli məktəb əsaslı şəkildə təmir edilib və 2010-cu ilin sentyabr ayında istifadəyə verilib.

Nazir müavini İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, aqrar sahədə əldə olunmuş nailiyyətlərdən və bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları barədə ətraflı məlumat verib.

Nazir müavini Kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin genişləndirilməsi məqsədilə Ulyanovsk vilayətinin iş adamları və təsərrüfat subyektləri ilə birbaşa əlaqələrin yaradılmasını təşviq etmək, hər iki tərəfin heyvandarlıq təsərrüfatlarında tətbiq edilən qabaqcıl texnologiyaları öyrənmək, üzümçülük, şərabçılıq və faraş tərəvəzçilik sahələri üzrə əməkdaşlığın genişləndirilməsini təklif edib.

Rusiya Fedrasiyasının Ulyanovsk Vilayəti Hökuməti sədrinin müavini Aleksandr Viktoroviç Çepuxin hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensial imkanlara malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına öz töhvəsini verəcəyini və bu əlaqələrin genişlənməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm