• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sülhəddin Əkbər Milli Şuraya etiraz etdi - Açıqlama

  • Nida.az
  • 18 Yanvar 2014 13:55
  • 1 795 Baxış
Sülhəddin Əkbər Milli Şuraya etiraz etdi - Açıqlama

“Milli Şuranın Koordinasiya Şurasının 19 nəfərdən ibarət olması effektiv işləmək, çevik qərarlar qəbul etmək, səmərəli müzakirələr aparmaq üçün xeyli çoxdur. Ola bilsin KŞ-nın tərkibi daha da genişlənsin, mən bunu düzgün hesab etmirəm”.

Bu barədə Azad Demokratlar Partiyasının sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər Publika.Az –a açıqlamasında deyib. S. Əkbər bildirib ki, onun təklifi KŞ-nın 9 nəfərdən artıq olmaması ilə bağlı olub: “Amma təəssüf ki, bura daha geniş format əsas götürüldü. Həmçinin siyasi məqsədə uyğunluq “nəzərə alındı”. Təcrübə göstərir ki, say tərkibi 7-9 nəfərdən artıq olanda müzakirələri səmərəli aparmaq, çevrik qərarlar qəbul etmək çətin olur, xüsusən də indiki məqamda”.

Özünün KŞ-da təmsil olunmamasına gəlincə S. Əkbər bildirib ki, bu, partiya quruculuğu ilə bağlıdır.“Yeni partiya qururuq, mən də təşkilat komitəsinin sədriyəm. Təşkilat komitəsində bir çox işləri görmək üçün kifayət qədər az vaxt-cəmi 3 ay qalıb. Bu müddətdə hazırlığımızı başa çatdırmalı, qısa zamanda çoxlu iş görməliyik. Mən də xahiş etdim ki, bunu nəzərə alsınlar”-deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, S. Əkbər mətbuata açıqlamasında “təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin tərəfdarı deyilik” açıqlamasını vermişdi. Bununla bağlı məsələnin nə yerdə olduğuna gəlincə, S. Əkbər bildirib ki, hələ müzakirələr başa çatmayıb, islahatlar davam edir: “Fəaliyyət proqramında başlıca məqsəd və vəzifənin müəyyən olunması ilə bağlı təkliflərim əsasın nəzərə alınıb. Struktur islahatı indi başlayıb. Struktur islahatında hələlik KŞ yaradılıb. Amma say tərkibi ilə bağlı təklifim qəbul edilməyib. Hazırda mən Milli Şuranın sıravi üzvüyəm, rəhbərlikdə təmsil olunmuram. Bu da imkan verir ki, partiya quruculuğuna daha çox vaxt ayırım”.

S. Əkbər partiya quruculuğu ilə bağlı bir neçə istiqamətdə iş apardıqlarını bildirib. Onun sözlərinə görə, birinci istiqamət sənədlərin hazırlanmasıdır “Yeni proqram və nizamnamə hazırlanır. Artıq nizamnamə layihəsi başa çatdırıldı, müzakirəyə verilib. Təşkilat komitəsinin üzvləri bu layihə ilə tanış olurlar. Proqram üzərində iş gedir. Bu, nəzəri sahədir. İkinci istiqamət rayon təşkilatlarında təsis konfranslarının keçirilməsidir. Növbəti bazar gününə kimi bir neçə rayon təşkilatlarının konfransları keçiriləcək. Üçüncü istiqamət isə birbaşa qurultaya təşkilati-texniki hazırlıqdır. Bu işləri mart ayının sonundan başlayacağıq. 3 aylıq müddətdən sonra qurultayın yeri və vaxtı haqqında konkret qərar verəcəyik. Ondan sonra işimizi həyata keçirəcəyik”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR