29 Apreldə hər şey bitir – Ermənistan üçün
Bizi izləyin

Nida.az

29 Apreldə hər şey bitir – Ermənistan üçün

29 Apreldə hər şey bitir – Ermənistan üçün

Aprelin 29-unda Belorusun paytaxtı Minskdə Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.

Publika.Az – ın “Aykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, iclasda Ermənistanın Gömrük Şurasına üzvlüyü haqqında razılaşma imzalanacaq.

Bu barədə erməni nəşrinə Ermənistan iqtisadiyyat nazirinin müavini, Gömrük Şurasına üzvlüyə hazırlıq üzrə işçi qrupunun rəhbəri Karine Minansyan bildirib. Onun sözlərinə görə, Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ndə nəzərdə tutulan məsələlərin əksəriyyəti artıq həyata keçirilib. Nazir müavini qalan məsələlərin prezidentlərin görüşündə razılaşdırılacağını deyib.

Gömrük Şurasına üzv ölkələri Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ni ötən ilin dekabr ayında Avrasiya Ali İqtisadi Şurasının iclasında imzalayıblar. “Yol xəritəsi”ndə mübahisə doğuran və Ermənistanı da narahat edən əsas məsələ Gömrük Şurasının sərhədləridir. Bu, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqları arasında gömrük məntəqələrinin olub-olmaması ilə bağlıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sözügedən “yol xəritəsi”nin imzalandığı iclasda sənədi xüsusi rəylə imzalayacaqlarını bildirmişdi: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük Şurasının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük Şurasının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Avrasiya Ali İqtisadi Şurasının növbəti iclasını qiymətləndirən Ermənistanın “Lragir” qəzeti isə 29 Apreldə ölkə üçün hər şeyin bitəcəyini yazıb.

Xatırladaq ki, Ermənistan Gömrük Şurasına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm