"Azərbaycan poliqona çevrilməyəcək”
Bizi izləyin

Nida.az

"Azərbaycan poliqona çevrilməyəcək”

"Azərbaycan poliqona çevrilməyəcək”

Heç bir gücə Azərbaycan torpaqlarından istifadə edərək, qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək. Bu sözləri Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib.

Trend-in İranın Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Biz buna icazə verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik".

Z.Həsənov deyib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz.

Nazir İrana səfərini səmimi və yüksək səviyyədə səfər kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan və İranın müştərək bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub: "Səfər zamanı İranın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Prezidentin birinci müavini ilə görüşlərimiz oldu və hərbi sahədə əməkdaşlıqlar üçün müzakirələr apardıq. Regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bu məsələlərdə eyni fikirdə idik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm