Nida.az
Azərbaycanla İran arasında Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, "Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının
Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral
tarixli 1993 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş
Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
Komissiyanın həmsədri
Şahin Mustafayev - Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri
Komissiyanın üzvləri:
Azər Zeynalov - Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat
nazirinin müavini
İlham Quliyev - Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası
mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov - Azərbaycan Respublikasının İran
İslam Respublikasında fövqəladə və səlahiyyətli
səfiri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini
Fərhad Tağızadə - Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidməti rəisinin müavini
Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət
Dəniz Administrasiyası rəisinin müavini
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi
Bankının İdarə Heyəti sədrinin müavini
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Arif Əsgərov - "Azərbaycan Dövlət Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
Qapalı Səhmdar Cəmiyyətinin sədri
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti
Məmmədsadıq Quliyev - Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci
müavini
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İran İslam
Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub