Eliçibəyin oğlu: “Atamın ruhunu sakit buraxsınlar!”
Bizi izləyin

Nida.az

Eliçibəyin oğlu: “Atamın ruhunu sakit buraxsınlar!”

Azərbaycanın mərhum sabiq prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib. Modern.az saytına açıqlamasında Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb.

“Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər. Atamın ruhunu sakit buraxsınlar!”-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib.

O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm