PA-dan Vasif Talıbovun vəzifədən getməsi xəbərinə münasibət
Bizi izləyin

Nida.az

PA-dan Vasif Talıbovun vəzifədən getməsi xəbərinə münasibət

PA-dan Vasif Talıbovun vəzifədən getməsi xəbərinə münasibət

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov “Yeni Müsavat” qəzetinin Vasif Talıbovun vəzifədən getməsi ilə bağlı xəbərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, N. Məmmədov “Twitter” səhifəsində bunların cəfəng fikirlər olduğunu qeyd edib: “Bu qəzet belə cəfəng fikirlərlə özünü tamam gözdən salıb. Kim isə “çox yüksək peşəkarlıq” nümayiş etdirir”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bugünkü nömrəsində “Vasif Talıbov vəzifədən getmək qərarı verib” adlı yazı dərc olunub. Yazıda Vasif Talıbovun vəzifəsindən gedəcəyi, onun yerinə isə bir neçə şəxsin namizəd olduğu iddia edilib. Həmin şəxslərin arasında Prezident Administrasiyasının rəhbərinin 4 müavini Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm