Mehman Əliyev Milli Şuradan çıxacağı vaxtı açıqladı
Bizi izləyin

Nida.az

Mehman Əliyev Milli Şuradan çıxacağı vaxtı açıqladı


“Nə vaxt görsəm ki, mənim mövqeyimə, prinsiplərimə uyğun deyil, əlbəttə Mili Şuradan çıxacam”.
Bu barədə Milli Şuranın Koordinasiya Şurasının üzvü Mehman Əliyev Publika.Az –ın Milli Şuradan istefa vermək ehtimalı ilə bağlı sualına cavabında deyib. M. Əliyev bildirib ki, hər şey gedişdən asılıdır: “Milli Şura fəaliyyətini normal quracaqsa- hesab edirəm bu mümkündür- qalacam. Əgər problemlər yaransa, görsəm ki, orda nəsə etmək mükmün deyil, birlik alınmır, vəziyyət çətindir, o zaman istefamı verərəm”.

Bunun nə vaxt baş verə biləcəyinə gəlincə, M. Əliyev hər şeyin proseslərin gedişinə bağlı olduğunu deyib: “Ancaq hələlik çalışıram ki, Milli Şura üzərinə götürdüyü öhdəlikləri, məqsədləri həyata keçirsin. Elə buna görə orda qalmışam”.

Müsavat Partiyası getdikdən sonra-hansı ki, mübahisələrə bu partiyanın səbəb olduğu deyilirdi-Milli Şurada grəginliyin, qarşıdurmanın hələ də davam etməsinə münasibət bildirən KŞ üzvü deyib ki, hər şeyi təkcə Müsavat bağlamaq lazım deyil: “Vahid birlikdir, bir tərəfdə bir-birini başa düşən, həmrəy olan insanlar, qurumlar, digər tərəfdə də Müsavat. Belə yanaşmaq doğru olmaz. İş ondadır ki, siyasi palitrada həmişə daxili çəkişmələr gedib. Bəzən bu normal polemika səviyyəsində, bəzən də qırmızı xətti keçməklə olur. Burda maraqlar da, baxışlar da fərqlidir. Milli Şuranın üstünlüyü ondan ibarət idi ki, orda cürbəcür baxışlara, təriqətlərə aid olan insanlar toplaşıb. Digər tərəfdən də bu problem yaradır. Milli Şura ilkin olaraq onu bacarmalıdır ki, ayrı-ayrı olan düşüncələri, fikirləru, mövqeləri bir araya gətirə bilsin və konsensus yaratsın. Əsas iş bunun üstündə getməlidir. Həmçinin əsas məqsəd, Azərbaycanın demokratiyaya keçməsi, bu prosesdə olmaq və yardım etmək unudulmamalıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm