Anji Kaspşik: "Təmas xəttində vəziyyət gərgindir"
Bizi izləyin

Nida.az

Anji Kaspşik: "Təmas xəttində vəziyyət gərgindir"

Anji Kaspşik: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgindir

Azərbaycan və Ermənistanın hərbi orqanları və Müdafiə nazirliklərindən əldə olunan məlumata görə, təmas xəttində vəziyyət gərgindir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Trend-ə eksklüziv müsahibəsində bildirib.

A.Kaspşik deyib ki, məlumatlarda atışmaların sayının nisbətən çox olduğu, itkiyə səbəb olan daha ciddi pozuntuların baş verdiyi əks olunur və bunların hər biri qurbanların ailələri üçün bir faciədir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, müvafiq qurumların dəstəyi və yardımı ilə Ermənistan-Azərbaycan sərhədi və təmas xətti boyunca vəziyyətin monitorinqi aparılır: "Hər zaman olduğu kimi, atəşkəs rejiminə dair hesabatlarım ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupuna təqdim olunur".

Ukraynada baş verən son hadisələrdən sonra ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti daha da artırmasının vacibliyinə dair sualı cavablandırarkən A.Kaspşik qeyd edib ki, əsas odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli başqa yerdə baş verən hadisələr fonunda arxa plana düşmür: "Minsk qrupunun həmsədrləri münaqişənin həlli prosesində irəliləyiş əldə etmək məqsədilə tərəflərə ideyaların verilməsi üçün davamlı çalışırlar. Ötən ay həmsədrlər iki dəfə xarici işlər nazirləri və bir dəfə həm prezidentlər, həm də nazirlərlə görüşüblər".

A.Kaspşikin sözlərinə görə, bu işlər həll prosesində irəliləyişə nail olmaq və gərginliyin azaldılmasına yönəlib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, o, mandatına uyğun olaraq regiona müntəzəm səfər edir: "Mən və komandam bütün maraqlı tərəflərlə əlaqə saxlamaq, ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərini yeni məlumatlarla təmin etmək üçün münaqişənin təsir etdiyi ərazilərə davamlı olaraq səfər edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm