“Cəmil Həsənliyə bir məsləhətim var” - Sabiq deputat
Bizi izləyin

Nida.az

“Cəmil Həsənliyə bir məsləhətim var” - Sabiq deputat

Siz sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesdən şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını gözündə qoydunuz. Məsləhətim odur ki, bundan sonra sözdən istifadə etməkl


“Hörmətli Cəmil müəllimi bundan sonra acımasız, ancaq şəxsi maraqlarından və çıxarlarından başqa heç nə düşünməyən insanların istismar etməsini istəməzdim. Cəmil müəllimi partiyadan uzaqlaşdıranların bu gün ona göstədikləri sevginin nə qədər müddət çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir”.

Publika.Az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil deyib. O, çox şeylər yaza biləcəyini, amma hamının hər şeyi yaxşı bildiyini vurğulayıb: “Çox şeylər yazmaq olar, amma hesab edirəm ki, hamı hər şeyi məndən də yaxşı bildiyindən burda dayanıb hörmətli Cəmil müəllimə kiçik qardaşı kimi bir məsləhətim var. Siz sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesdən şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını gözündə qoydunuz. Məsləhətim odur ki, bundan sonra sözdən istifadə etməklə bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasınız”.

Müsavat rəsmisi qeyd edib ki, Cəmil Həsənlinin prezidentliyə namizədliyinə səs verən, kampaniyasında əlindən gələni hamı kimi edən biri olduğunu özü bilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm