Etibar Məmmədov İspaniya Baş naziri ilə bir arada
Bizi izləyin

Nida.az

Etibar Məmmədov İspaniya Baş naziri ilə bir arada

Etibar Məmmədov İspaniya baş naziri ilə bir arada

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının ( BDİ) sədr müavini Etibar Məmmədov BDİ-nin 9-11 aprel tarixlərində Madriddə keçirilən icraçı toplantısında iştirak edib.

Publika.Az-ın məlumatına görə, toplantının proqramında BDİ-nin Daimi Beynəlxalq Əlaqələr Komitəsinin toplantısı, təşkilat daxili hesabatlar və məlumatlar, yeni üzvülüyə namizəd partiyaların təqdimatı, həmçinin Latın Amerakısanda keçirilən seçkilər və siyasi vəziyyət, Ukraynada baş verən hadisələr yer alıb.

Gündəlikdə olan təşkilat daxili məsələlər dinlədikdən sonra dünyada baş verən siyasi hadisələr ciddi müzakirə mövzusu olub. Müzakirələrdən BDİ icraçı toplantısı adından aşağıdakı qətnamələr qəbul olunub:

1.Ukrayna ilə bağlı qətnamədə Rusiyanın bu hadisələrdə tutduğu mövqe, o cümlədən Krımın işğalı ilə bağlı dünya dövlətlərini Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyaların gücləndirilməsinə çağırış edilib. Həmçinin Ukraynada may ayında keçiriləcək seçkilərin kənar müdaxilə olunmadan baş tutacağına, nəticədə hamının beynəlxalq hüquqa, demokratik dəyərlərə hörmət edəcəyinə inam vurğulanıb.

Gürcüstanla bağlı qətnamədə bu ölkənin Avrointeqrasiya yolunda ərazi bütövlüyünə dəstək veriləcəyi ifadə olunub. Gürcüstan hakimiyyətinə isə BDİ üzvü olan Birləşmiş Milli Hərəkatın üzvlərinə qarşı təzyiqlərə son qoymağa, o cümlədən həbs olunmuş müxalifətçiləri azad etməyə çağırış edilib.

Venesuela ilə bağlı qətnamədə Venesuela hakimiyyətindən insan hüquqlarına əməl etmək, həbs olunmuş müxalifətçi siyasi məhbusları dərhal azad etmək, müxalifətdən olan parlament nümayəndələrinin fəaliyyətinə imkan yaratmaq tələb olunub.

İcraçı toplantı zamanı bu ilin noyabr ayında Cənubi Koreyada BDİ-nin liderlər toplantısını keçirmək qərara alınıb.
İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən icraçı toplantının gedişində AMİP lideri Etibar Məmmədov Moncloa sarayında İspaniyanın Baş Naziri Mariano Rajoy ilə görüşüb. Səfərdə
Etibar Məmmədovu AMİP Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev müşayiət edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm