• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda yeni camaat: Süleymançılar aktivləşdi - Özəl

  • Nida.az
  • 16 Aprel 2014 17:12
  • 3 269 Baxış
Azərbaycanda yeni camaat: Süleymançılar aktivləşdi - Özəl

Türkiyəyə bağlı Süleymançılar təriqəti Xaçmaz rayonunda fəal təbliğata başlayıb. Onlar nurçulara nisbətən daha radikal mövqedə dayanırlar.

Publika.Az-a özəl mənbələrdən daxil olan məlumata görə, süleymançılar rayonun Qaraqurudlu ərazisində toplaşır: “Dəmiryolunun altı deyilən yerdə bir ev var. Əsas məkanları oradır. Onlar adətən məscidə getmirlər. Həmin evə toplaşırlar. Başçıları Mübariz adlı bir şəxsdir, mollalıq edir. Xeyli tərəfdarları da var. Amma onlar daha radikaldırlar”.

Mənbə qeyd edib ki, son vaxtlar süleymançılar təbliğat xarakterli dini kitablar yayırlar.

“Onların aktivləşməsinə səbəb isə nurçuların sıxışdırılmasıdır”-deyə mənbə bildirib.Qeyd edək ki, Süleymançılar Türkiyədə Süleyman Hilmi Tunhanın qurduğu məktəblərdə islam dini üzərinə təhsil alan və onların müəyyən etdiyi yolu davam etdirən dini camaatdır. Onlar özlərinə Süleymançılar demirlər.

Türkiyənin Ayfon, Antalya, Kütahya, İsparta bölgələrində daha çox yayılıblar. Xaricdə Almaniya və Avstriyada dərnəklər formasında fəaliyyət göstərirlər.
Süleymançılar XIV əsrin ikinci yarısında yaradılmış Nəqşibəndlik təriqətinin Xalidiyə qolundandırlar. Bu qoldan Erenköy, İşiqçılar, İsgəndərpaşa, İsmayılağa, Mənzil kimi hərəkatlar da çıxıb.
Süleymançıların mətbuat orqanları “Üfüq” və “Gənc” qəzetlədiri. Elmi məcmuələrin yayımlandığı Anadolu qəzeti də onlarındır.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsi və Gəncə şəhər Polis İdarəsinin Nizami rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyat zamanı, Türkiyə Respublikasının vətəndaşları - 1987-ci il təvəllüdlü Orxan Fuat İbrahimcan, 1945-ci il təvəllüdlü Sami Mehdi Mustafa, 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin tutulublar.

Saxlanılan şəxslərdən ikisi - 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin Gəncə Dövlət Universitetinin tələbələridir.
Araşdırmalar zamanı saxlanılan şəxslərin Gəncə şəhəri, M. Ş. Vazeh küçəsində yerləşən 26 saylı mənzildə müvafiq dövlət qeydiyyatından keçmədən “Süleymançılar” dini təriqətinin qanunsuz təbliğatı ilə məşğul olduqları müəyyənləşib.

Əməliyyat zamanı həmin ünvandan “Süleymançılar” dini təriqətini təbliğ edən 35 ədəd müxtəlif dini ədəbiyyat və 5 ədəd noutbuk götürülüb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR