• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Asim Mollazadə: “Azərbaycanın etibarlı tərəfdaşlıq siyasətinə adekvat münasibət yoxdur”

  • Nida.az
  • 17 Aprel 2014 12:59
  • 405 Baxış
Asim Mollazadə: “Azərbaycanın etibarlı tərəfdaşlıq siyasətinə adekvat münasibət yoxdur”

“Azərbaycan xarici siyasətində tərəfdaşlıq prinsipini əsas strategiyası seçib. Biz qonşularımızla mədəni, sosial, siyasi münasibətlər qurur, qonşuluq prinsipini qoruyuruq”.

Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığına dair səsləndirdiyi fikirləri şərh edərkən deyib. A. Mollazadə qeyd edib ki, Azərbaycan qonşuları ilə yanaşı, bütün dünya ölkələri ilə isti münasibətlər qurur və bütün əlaqələrdə etibarlı tərəfdaş rolunu oynayır: “Ən əsası isə Azərbaycan bu münasibətlərdə beynəlxalq hüquq normaları çərçivəsindən çıxış edir. Həmçinin bir sıra dövlətlərlə ortaq maraqlardan irəli gələn münasibətlərimiz formalaşıb. Misal üçün Türkiyə və Gürcüstanla münasibətlərimiz həm də ortaq maraqlardan irəli gəlir və Azərbaycan buna çox önəm verir. Bu ölkələr eyni zamanda regionda nəqliyyat dəhlizlərinin, enerji resurslarının formalaşdırılmasında mühüm rola malikdirlər”.

Lakin millət vəkili beynəlxalq hüquq normalarının həmişə qorunmadığını, nəticədə Azərbaycanın etibarlı tərəfdaşlıq siyasətinə adekvat münasibət olmadığını dilə gətirib.

“Bu gün beynəlxalq hüququn aliliyinin qorunduğunu əminliklə deyə bilmərik. Söhbət Azərbaycanın ərazisinin işğalından gedir. Gü4rcüstan da eyni taleyi yaşayır. Bu gün Ukrayna baş verən müvafiq proseslər də məhz bundan qaynaqlanır. Çox təəssüf ki, biz beynəlxalq ictimaiyyətin laqeyd münasibətini görürük. Ermənistan torpaqlarımızı işğal edib, bununla bağlı 4 qətnamə var, amma təcavüzkarın qarşısı hələ də alınmayıb. Bütün bunlarsa regionda sabitliyin pozulmasına və tərəfdaşlıq məsələlərinə xələl gəlməsinə səbəb olur. Biz bütün beynəlxalq ictimaiyyətdən hüququn aliliyinin qorunmasını, torpaqlarımızın qaytarılmasını, bütünlüklə ərazi bütövlüyü prinsipinə əməl edilməsini, sülhün bərqərar olmasını tələb edirik”-deyə komitə üzvü vurğulayıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR