Vaqif Hacıbəyli: “Qabil Hüseynlinin işdən çıxmasına baiskar olmamışam”
Bizi izləyin

Nida.az

Vaqif Hacıbəyli: “Qabil Hüseynlinin işdən çıxmasına baiskar olmamışam”

Vaqif Hacıbəyli: “Qabil Hüseynlinin işdən çıxmasına mən baiskar olmamışam”

Əhrar Partiyasının sədri Vaqif Hacibəyli sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin ittihamlarına cavab verib.

V. Hacıbəyli Publika.Az-a açıqlamasında bildirib ki, Q. Hüseynlinin vəzifədən çıxarılmasına o basir olmayıb: “Onun qəbulunda 1995-ci ildə olmuşam. Həmin vaxt OMON silahlı qiyam etmişdi. Hakimiyyətlə danışıqlar aparmaq üçün mənim rəhbərliyimlə nümayəndə heyəti müəyyənləşdirilmişdi. Biz də Prezident Aparatına yollandıq. Məqsəd isə qiyamla bağlı siyasi müxalifətin mövqeyini hakimiyyətə çatdırmaq idi. Bizi qəbul otağında həmin vaxt dövlət müşaviri vəzifəsini tutan Qabil Hüseynli qarşıladı. Söhbət zamanı siyasi müxalifətin mövqeyini çatdırdıq. Qeyd etdik ki, siyasi müxalifət hərbi müxalifəti dəstəkləmir və problemin sülh yolu ilə həll edilməsini istəyir. Qabil Hüseynli də qeyd etdi ki, artıq qərar qəbul olunub və qiyamçılar tərksilah olunmalıdır”.

V. Hacıbəyli qeyd edib ki, Q. Hüseynlinin dedikləri yalandır.

“Qabil Hüseynli deyir ki, guya həmin görüşdə onun fikirlərini gizli şəkildə diktafona yazmışam, onun vəzifədən çıxarılmasına səbəb də bu olub. Bu tamamilə yalandır. Həmin vaxt biz danışıqlara gedirdik, heç yadımıza diktafon düşürdü? Mən görüşdən sonra bizim aramızda olan söhbəti “Yeni Müsavat” qəzetində çap etdirdim. Sadəcə olaraq bu müzakirəmizi o qədər vicdanla qələmə almışdım ki, Qabil Hüseynliyə elə gəlir ki, məndə diktafon olub. Sadəcə olaraq Qabil Hüseynlini qeyri-səmimiliyinə görə işdən azad etdilər. Mənim ona qarşı kinim, qərəzim və incikliyim yoxdur. Qabil Hüseynlinin mənə yalnız bir iradı ola bilər. Biz müzakirə aparan zaman Qabil Hüseynli bildirdi ki, mən çox şey danışa bilmirəm, çünki burada mənə böyük etimad yoxdur. Mən də bu ifadəni olduğu kimi yazmışdım. Onu da elə qeyri-səmimiliyinə görə, dövlət müşaviri vəzifəsindən qovdular. Mənimsə günahım yoxdur və hansısa diktafonla yazı yazmamışam. Görüşümüzdə müzakirə olunan məsələləri vicdanla qələmə almışam”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm