Nida.az
Parlament sədri Moskvaya getdi: Dnestryanı Rusiyaya birləşdirilir
Dnestryanı Respublikası parlamenti BMT, ATƏT və Rusiyaya “Dnestryanı Moldova Respublikası”nın tanınması və Rusiya Federasiyasına birləşməsi ilə bağlı müraciət qəbul edib.
Moldovada olan Diaspor Jurnalistləri Birliyinin Ukrayna nümayəndəliyinin sədri Qaraş Tağıyev Publika.Az-a bildirib ki, Moldova ictimaiyyəti düşünür ki, beynəlxalq cəmiyyət Dnestryanı Moldova Respublikasında son 24 il ərzində mövcud olan reallığa göz yummamalıdır: “Parlamentdə hələ 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97%-i Rusiyanın tərkibində “Dnestryanı Moldova Respublikası”nın yaradılmasına səs verməsi qeyd olunub. Parlamentin sədri Mixail Burloy qəbul edilmiş qərarın izahını: “Bizim qərarımız referendumun nəticələrinə əsaslandırılmışdır və deputatlar Dnestryanı ərazidə yaşayan bütün xalqların maraqlarını ifadə edirlər” – deyə verdi. “Niyə bu məsələ məhz indi qaldırılmışdır?” sualını Parlament sədri belə cavablandırdı ki, Krımın problemi müzakirə edilən zaman, Dnestryanı Moldova Respublikası ilə bağlı da qərar qəbul ediləcəyi nəzərdə tutulmuşdu. Təəssüf ki, bu olmadı. Müxtəlif təşkilatlardan müraciətlər prosesi intensivləşdirilirdi”.
Qaraş Tağıyevin sözlərinə görə, qəbul edilmiş qətnaməni Rusiya Federasiyası hakimiyyətinin müvafiq strukturlarına çatdırmaq üçün Dnestryanı Moldova Respublikası Ali Sovetinin sədri Mixail Burloyun başçılığı ilə nümayəndə heyəti Moskvaya yolllanıb.
Qeyd edək ki, Publika.Az-ın bununla bağlı hazırladığı yazıda
deyilirdi: Krımda keçirilən referendumdan dərhal sonra Rusiya
rəsmiləri Dnestraynı ərazinin Ukrayna və Moldova tərəfindən
blokadaya alındığı barədə bəyanatlar səsləndirildi. Rəsmilərin bu
istiqamətdə səsləndirdiyi bəyanatlar indiyə kimi Rusiya mediası
tərəfindən inkişaf etdirilir. Güman edilir ki, Dnestryanı ərazidəki
“rusdilli əhalinin blokadaya alınması” belə bir dəhlizin
yaradılmasını gündəmə gətirə bilər.
Bəzi iddialar var ki, Dnestryanı ərazinin sakinləri yaxın
günlərdə Rusiyaya Moldova və Ukraynanın təzyiqlərindən qorunmaq
üçün Moskvaya kömək üçün “müraciət” edəcək.
Asif
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu