ALP dialoq üçün mövzular təklif edir
Bizi izləyin

Nida.az

ALP dialoq üçün mövzular təklif edir

ALP dialoq üçün mövzular təklif edir

Azərbaycan Liberal Partiyası (ALP) hakim Yeni Azərbaycan Partiyasının (YAP) nəzdində Partiyalararası əlaqələr və dialoq komissiyasının yaradılmasını müsbət qiymətləndirir.

ALP sədri Əvəz Temirxan teleqraf.com-a açıqlamasında bildirib ki, əgər komissiya səmimi yaradılıbsa, müsbət nəticə verəcək: "Hələ ki, dialoqla bağlı YAP-dan bizə heç bir müraciət daxil olmayıb. Müraciət olunsa, bu barədə mətbuata məlumat verəcəyik. Düşünürəm ki, Azərbaycandakı siyasi partiyalar Qarabağ münaqişəsindən də öncə regionda yaranan geopolitik vəziyyət və bunun Azərbaycana təsirlərini müzakirə etməlidir.

Ukraynada gedən prosesləri görürsünüz. Bu, Azərbaycan üçün siqnaldır".

ALP sədri əlavə etdi ki, partiyalar arasında dialoq keçirilərsə, həmçinin Azərbaycandakı daxili vəziyyət, demokratiya, sərt siyasi sabitlikdən demokratik sabitliyə keçid, seçki kimi məsələlər müzakirə olunmalıdır. Qeyd edək ki, aprelin 16-da YAP Partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclası keçirilib. İclasda siyasi partiyalar arasında dialoq mühitinin yaradılması müzakirə olunub.

Ayxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm