Şimal bölgəsinə təyin edilən QMİ nümayəndəsinə sələfi etirazı - ÖZƏL
Bizi izləyin

Nida.az

Şimal bölgəsinə təyin edilən QMİ nümayəndəsinə sələfi etirazı - ÖZƏL

Şimal bölgəsinə təyin edilən QMİ nümayəndəsinə sələfi etirazı - ÖZƏL

Publika.az-ın xəbərinə görə, ötən gün QMİ tərəfindən Şimal bölgəsinə yeni axund təyin edilib.

Yeni təyin edilən nümayəndə Yaşar Rzayev Xaçmaz şəhər məscidinin axundudur.

Bu o məsciddir ki, iki ay əvvəl təmirə bağlanıb və burda iki məzhəb-sələfilər və şiələr birgə ibadət ediblər.

Məscid bağlandıqdan sonra isə sələfilər Qobuqıraqlı məscidinə, şiələr isə başqa məscidə göndəriliblər.

Maraqlıdır ki, dünən təyinatı həyata keçirilən axundla bağlı Şimal bölgəsində kompromat, şantaj dolu xəbərlər yayılmağa başlayıb.

Dini inancı şiə olan Yaşar Rzayevin əleyhinə ondan narazı olan sələfi kampaniyası formalaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm