“Niyə Obama Qarabağa görə Putinə zəng etmir?”
Bizi izləyin

Nida.az

“Niyə Obama Qarabağa görə Putinə zəng etmir?”

“Niyə Obama Qarabağa görə Putinə zəng etmir?”

Millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxış edərək beynəlxalq qurumların, həmçinin hegemon dövlətlərin dünyada baş verənlərə ikili standartlardan yanaşmasından danışıb.

Publika.Az xəbər verir ki, millət vəkili Ermənistanın bu günə kimi sanksiyalara niyə məruz qalmadığını anlamadaığını deyib: “Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın? Niyə Barak Obama Qarabağa görə Putinə telefon açmır? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi insanları da inandırmır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm