İcra hakimiyyəti AXCP-nin keçmiş qərargahı ilə bağlı açıqlama verdi
Bizi izləyin

Nida.az

İcra hakimiyyəti AXCP-nin keçmiş qərargahı ilə bağlı açıqlama verdi

İcra hakimiyyəti AXCP-nin keçmiş qərargahı ilə bağlı açıqlama verdi

“Media forum” saytı Bakıda, Tələt Şıxəliyev küçəsi, 8-də yerləşmiş mülkün sahibi Azər Əsgərovun Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətlərin aqibəti ilə maraqlanıb.

Martın 3-də AXCP-nin Tələt Şıxəliyev küçəsi, 8-də yerləşən qərargahının zirzəmisində baş verən partlayışdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Binanın qəzalı vəziyyətdə olduğuna dair akt hazırlanıb və bina sökülüb.

Aprelin 10-da “Media forum”a açıqlama verən Azər Əsgərov mülkünün qanunsuz söküldüyünü deyib, bununla bağlı iki dəfə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, cavab ala bilmədiyini, ona məxsus əşyaların qaytarılmadığını vurğulayıb.

Aprelin 18-də Nərimanov Rayon İcra Hakimiyyətindən “Media forum”a bildirilib ki, quruma Azər Əsgərovun vəkili müraciət edib: “Müraciətlərə hüquq və təsərrüfat şöbələrindən cavab verilib. Əgər məktublar hansısa səbəbdən ünvanına çatmayıbsa, aidiyyəti şəxs onların surətini icra hakimiyyətindən əldə edə bilər”.

İcra hakimiyyətindən Azər Əsgərovun mülkündə aparılmış araşdırma haqda “Media forum”a bunu deyiblər: “Fövqəladə Hallar Nazirliyinin ekspert araşdırması hələ davam edir. İşlər başa çatandan sonra Azər Əsgərovun əmlakı qanunvericiliyin tələblərinə uyğun dəyərləndiriləcək, onun adına bank hesabı açılacaq, pul köçürüləcək. Məbləğdən razı qalacaq, ya yox, bu, sonrakı prosesdir. Vətəndaşın bundan sonra məhkəmə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciət etmək hüququ var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm