General Vahid Əliyev: "Torpaqlarımızı işğaldan azad edəcəyik"
Bizi izləyin

Nida.az

General Vahid Əliyev: "Torpaqlarımızı işğaldan azad edəcəyik"

General Vahid Əliyev: "Torpaqlarımızı işğaldan azad edəcəyik"

"Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahat olur. Biz hər zaman Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah, o günü görəcəyik".

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib.

O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm