Kremlin ideoloqu: “Moskva Bakıya qarşı talış və ləzgi amilindən yararlana bilər” - Şok
Bizi izləyin

Nida.az

Kremlin ideoloqu: “Moskva Bakıya qarşı talış və ləzgi amilindən yararlana bilər” - Şok

Kremlin ideoloqu: “Moskva Bakıya qarşı talış və ləzgi amilindən yararlana bilər”-sensasiya

Kremlin ideoloqu hesab olunana Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin Azərbaycanla bağlı sensasiyalı açıqlama verib.

Publika.Az rus mediasına istinadən xəbər verir ki, Duqin Azərbaycanı Ukraynanı dəstəklədiyi üçün hədələyib və Moskvanın Bakıya qarşı istifadə edə biləcəyi amilləri ortaya qoyub: “Azərbaycanda talış və ləzgi amili mövcuddur. Bundan başqa, Azərbaycanın ciddiliyini təsəvvür etmədiyi Rusiyanın yararlanacağı başqa amillər də var. Rusiyada dost, dialoq, yaxud düşmən dilində danışmaq üçün çox dil var. Unutmamalıdırlar ki, Rusiya təkcə Dağlıq Qarabağ amilindən deyil, başqa amillərdən də istifadə edə bilər”.

A. Duqin qeyd edib ki, bu gün Rusiya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə zamindir, həmçinin Qarabağa görə də əsas zamin hesab olunur: “Əgər Rusiya bu funksiyadan imtina etsə Ermənistanın və Qarabağın ərazi bütövlüyünə zəmanət verilməyəcək. Rusiya mütənasib dövlətdir və təbii ki, Rusiya ilə qonşu ölkələrin ərazi bütövlüyü onların Moskva ilə mehriban münasibətlərin saxlanılmasından keçir”.
Kremlin ideoloqu iddia edib ki, bu gün ermənilər Rusiya ilə razılaşıb, deməli, Qarabağ da Rusiyanındır.

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsindən qəzəblənənə Duqin Bakının Rusiyaya qarşı çıxdığını bildirib.

“Amma Saakaşvili və Kiyev hakimiyyətinin aqibəti bizə göstərir ki, belə siyasətin sonu nə ilə qurtarır. Əgər Rusiya Azərbaycana qarşı çıxacaqsa- hansı ki, Rusiyaya bədxah münasibət sərgiləyirlər, bunu BMT-də gördük- əlində Dağlıq Qarabağ amilindən savayı istifadə edəcəyi başqa amillər də var. Azərbaycandan fərqli olaraq Ermənistan özünü sadiq dost kimi göstərdi. Biz bunu qiymətləndiririk. Azərbaycan isə bizi gözləmədən satdı, bunu da qiymətləndirirk. Biz susacağıqmı, xeyr. Onlar özünü məhv etmə yolu ilə gedirlər”-deyə Kremlin ideoloqu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm