Nida.az
İsa Qəmbərin müşaviri: “Manevr etməklə parlament seçkilərində pay almaq istəyirlər”
“Seçkidən sonra düçar olduğumuz depressiv vəziyyətdən çıxmaq üçün təşəbbüsdə bulunan belə gözə dəymir.
Nədən ki, biriləri hər zaman olduğu kimi məğlubiyyəti “qələbə” kimi həzm etdirməklə məşğuldur, digərlərinin məni patoloji xarakter daşıdığından duruma real qiymət vermək iqtidarında deyil”.
Publika.Az xəbər verir ki, bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy müxalifətin hazırki vəziyyəti ilə bağlı deyib. Onun fikrincə, birilərinə məhz indiki vəziyyət sərf edir, bu, aydındır: “Manevr etməklə 20150-ci il parlament seçkilərində pay almaq istəyirlər. Bu gedişdən kimsənin xəbər tutmayacağını düşünənlər səhv edir, bura Azərbaycandır, hər kəsin hər şeydən xəbəri olduğu Azərbaycan. Müxalif düşərgədəki mövcud durum nə vaxta kimi davam edə bilər? Nə vaxta qədər biriləri “biz bu hakimiyyəti tarixin arxivinə göndərəcəyik” deməklə baş qarışdıracaq?
Nə vaxta qədər biriləri sadəlövhlərə vəzifə vəd etməklə kreslosunu qoruyub saxlayacaq? Nə vaxta qədər biriləri şəxsi karyerasına xidmət edən aksiyalar israr edəcək?”.
S. Əlisoy hesab edir ki, müxalifət mübarizə taktikasını
dəyişməlidir. Onun sözlərinə görə, populistlərin, irəli sürdükləri
sərsəm ideyalarla müxalifətə “radikal” adı qazandıranların
siyasətdən çəkilməsi lazımdır: “Nə qədər ki, onlar yuxarı başdadır,
müxalifətin qəddi düzəlməyəcək”.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?