• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tural Abbaslı: “Arif Hacılı ilə fikir ayrılığımız var”

  • Nida.az
  • 21 Aprel 2014 11:05
  • 770 Baxış
Tural Abbaslı: “Arif Hacılı ilə fikir ayrılığımız var”

“Arif Hacılı ilə mənim aramda qarşıdurma olması haqda deyilənlər doğru deyil. Aramızda sadəcə fikir ayrılığı ola bilər. Təbiidir ki, hansısa fikirlərimiz üst-üstə düşməyə bilər, amma bu təkcə Arif bəylə deyil, İbad bəy, Səxavət bəy, yaxud digərləri ilə də baş verir”.

Bu barədə Müsavat Divanının üzvü, müsavatçı gənclərin başqanlığı namizədi Tural Abbaslı Publika.Az-a açıqlamasında deyib. Lakin o, fikir ayrılıqlarının başqanlığa görə olmadığını bildirib: “Hər həftə Divan iclasında diskussiyalar olur, bu diskussiyalarda fikir ayrılıqları da olub. Bu demokratik quruluşun tələbidir. Amma mən nəinki Arif Hacılı ilə ümumiyyətlə heç bir partiya üzvü ilə qarşıdurmada deyiləm. Sadəcə məsələlərə fərqli baxışlarımız, yanaşmalarımız var. Mən düşmənçilik aparmıram”.

Divan üzvü qeyd edib ki, hazırda başqanlıq yarışı başlamayıb. Onun sözlərinə görə, buna səbəb qurultayın keçirilməsi üçün yer ayrılmamasıdır:

“Yer ayrılmadığı üçün bütün məsələlər qeyri-müəyyən olaraq qalır. Əgər təbliğata başlasan, gedib insanlara nə deyəcəksən. Misal üçün təbliğatının apardın, mənə bu üstünlüklərimə görə səs verin dedin, qurultay isə 5 ildən sonra keçirildi. Onda necə olacaq? Buna görə hələ konkret təbli9ğat başlamayıb. Amma kimin namizədliyini vermək niyyəti varsa nizamnaməyə və etik qaydalara uyğun təbliğatını aparır, biz də həmçinin”-deyə T. Abbaslı bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR