Adı nurçuluqda hallanan rektor açıqlama verəcək
Bizi izləyin

Nida.az

Adı nurçuluqda hallanan rektor açıqlama verəcək

Adı nurçuluqda hallanan rektor açıqlama verəcək

Azərbaycanda nurçu qalmaqalı ölkə mətbuatının əsas gündəmini tutmaqda davam edir. Fətullah Gülən tərəfdarları arasında Qafqaz Universiteti və onun rektoru Ahmet Sanıçın adı bu qalmaqalda tez-tez hallanır.

Belə ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, rektor Ahmet Sanıçın Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Məsələ ilə bağlı AzVision.az universitetin mətbuat şöbəsi ilə əlaqə saxlayaraq rektorun deportasiya xəbərinə münasibət öyrənməyə çalışıb.

Şöbə müdiri Ceyhun Vəliyev saytımıza açıqlamasında bildirib ki, bununla bağlı universtetin rəsmi açıqlaması olacaq.

“Hazırda elmi şuranın iclası keçirilir. İclasdan sonra bizim prorektor məsələ ilə bağlı sizə açıqlama verəcək”,-deyə C.Vəliyev əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm