Nida.az
Vəfa Quluzadə: “Qarabağ ermənilərinə Azərbaycan pasportu paylanmalıdır”
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyada
imperialist gedişlər kimi dəyərləndirilən son qanun
dəyişikliklərini Publika.Az -a müsahibəsində şərh
edib.
“Ləyaqətli insanların belə həvəsi olmayacaq,
cın-cındıra da Rusiyanın ehtiyacı yoxdur”
- Rusiyada yeni qanun dəyişikliyinə görə rus dilini
mükəmməl bilən keçmiş SSRİ ərazisi və bu ölkədə yaşayan hər kəs
Rusiya vətəndaşlığını asanlıqla alacaq. Ukrayna böhranı fonunda
Moskva bu gedişlə nəyə çalışır?
- Düşünürəm ki, bəlkə mən də imtahan verim. Rus dilini də, tarixini
də gözəl bilirəm. Amma mənim elə həvəsim yoxdur. Mən bilmirəm ki,
öz vətənində yaşayan kiminsə belə həvəsi olacaq. Yəni ləyaqətli
insanların belə həvəsi olmayacaq. Cın-cındıra da Rusiyanın ehtiyacı
yoxdur.
Təbii ki, bu siyasi gedişdir. Hazırda rus milləti SSRİ çökəndən
sonra müxtəlif ölkələrə səpələnib, Rusiyada güman var ki, onlar
geri qayıtsın. Əsas buna yönəlib. Amma mən inanmıram ki, Latviyada
yaşayan ruslar Rusiyaya qayıtmaq istəsinlər. Onlar Avropa
İttifaqında olmaq və Latviyanın gözəl qayda-qanunları ilə yaşamaq
istəyirlər. Həmçinin Qazaxıstanda külli miqdarda ruslar var. Onlar
yerli əhaliyə çevriliblər və heç yerə getmək istəmirlər. Rusiya
bununla özünü imperiya dövləti olduğunu da sübut edir. İmperiyanın
süqut etməməsi üçün müxtəlif fəndlərə əl atır. Müharibə etmək,
münaqişələr yaratmaq və bununla da öz həyatını uzatmaq. Başqa heç
nə deyil.
“Qarabağ erməniləri Rusiyada yaşayırlar, amma
pis yaşayırlar, gəlsinlər varlı ölkədə yaşasınlar”
- Bununla paralel olaraq ermənilərin, xüsusilə də Dağlıq
Qarabağ və Cavaxetiyadakı ermənilərin rus pasportu almağı
asanlaşdırılır.
- Qarabağ ermənilərin Rusiyaya köçməsinin yolu bağlanıb. Həmçinin
Cavaxetiyadakı ermənilər də eyni vəziyyətdədir. Kefləri istəyirsə,
getsinlər. Amma bu gün bütün dünyaya nə qədər erməni köçür.
Ermənilər hər ölkədə- Amerika, İngiltərədə, Fransada, Ərəb
ölkələrində diasporada yaşayan millətdir. Onların bu imkanları
həmişə var.
Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, hesab edirəm ki,
Azərbaycan hakimiyyəti onlara Azərbaycan pasportu verməlidir. Çünki
Qarabağ erməniləri faktiki olaraq Rusiyada yaşayırlar, amma pis
yaşayırlar. Çünki Rusiya oraları işğal edərək özünə tabe edib.
Ermənilərə də rus pasportu paylayıb. Onlara Azərbaycan pasportu
paylamaq lazımdır ki, birdəfəlik canlarını qurtarıb gəlsinlər
inkişaf edən, varlı ölkədə yaşasınlar.
“Miqrantlar rus ordusunda xidmət edib
vətəndaşlıq alsalar, Rusiya doğum problemini həll etmiş
olar”
- Vəfa müəllim, Dövlət Dumasına Rusiyada yaşayan
miqrantların rus ordusuna hərbi xidmət keçməklə bu ölkənin
vətəndaşlığını ala bilməsi haqda qanun layihəsi daxil olub. Belə
bir qanunun qəbulu nəyə səbəb olacaq?
- Məsələ odur ki, Rusiyada əhali azalması var. Buna görə də Rusiya
miqrantları öz içərisində əritmək üçün müxtəlif addımlar atır. Bu
da belə addımlardan biridir. Əgər miqrant Rusiyada yaşayırsa,
işləri yaxşıdırsa, evinə qayıtmaq fikri yoxdursa, buyursun rus
ordusunda vuruşsun və vətəndaşlıq alsın. Miqrantların kütləvi
şəkildə buna gedəcəyinə inanmıram. Amma inanıram ki, çox miqrantlar
buna gedə bilərlər. Amma hər-halda Rusiyada tək Azərbaycanda yox,
bütün keçmiş sovet ölkələrindən külli miqdarda miqrant var. Əgər
həmin miqrantlar rus ordusunda xidmət edib vətəndaşlıq alsalar,
Rusiya doğum problemini həll etmiş olar. Ümumiyyətlə Rusiya doğum
problemini keçmiş sovet ölkələri hesabına uğurla həll edir.
Asif Nərimanlı
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı