Əli Kərimlidən jurnalistlərə qadağa
Bizi izləyin

Nida.az

Əli Kərimlidən jurnalistlərə qadağa

Əli Kərimlidən jurnalistlərə qadağa

AXCP media ilə bağlı yeni qərar qəbul edib. Publika.Az-ın əldə etdiyi məlumata görə, partiya sədri Əli Kərimlinin “məsləhət” qalmaqalından sonra rəhbərliyin təcili iclası keçirilib.

İclasda bir sıra media orqanlarına ümumiyyətlə danışmamaq haqda qərar verilib. Bununla bağlı partiya funksionerlərinə xüsusi tapşırıq da verilib.

Məlumatı AXCP sədrinin müavini Razi Nurullayev təsdiqləyib.

Qeyd edək ki, Ə. Kərimlinin Ukrayna hakimiyyətinə məsləhət verməsi sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Medianın bu mövzunu gündəmə gətirməsi partiya sədrini qəzəbləndirib. Məlum qərar da məhz bundan sonra verilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm