• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsa Qəmbər yeni birliyin əsasını qoyur: AXCP çıxdaş edildi

  • Nida.az
  • 22 Aprel 2014 15:02
  • 597 Baxış
İsa Qəmbər yeni birliyin əsasını qoyur: AXCP çıxdaş edildi

Müsavat Partiyası müxalifət daxilində yeni birlik formatının əsasını qoyur. Aprelin 17-də partiya qərargahında başqan İsa Qəmbərin rəhbərliyi ilə keçirilən toplantı bir sıra ehtimalları ortaya çıxartdı.

Belə ki, İ. Qəmbərin təşkil etdiyi görüş 3 saata yaxın davam edib. Ukrayna böhranı, Rusiya təhlükəsi, eləcə də İctimai Palatadan sonra yaradılacaq Düşüncə Mərkəzi məsələlərinin müzakirə edildiyi deyilir. Lakin görüş iştirakçılarının tərkibi də bəzi şeyləri dilə gətirir.

Pənah Hüseyn, İsgəndər Həmidov, Eldar Namazov, Zəfər Quliyev, Leyla Əliyeva, Mehman Əliyev, Hikmət Hacızadə, Elmir Mirzəyev, Ərəstun Oruclu, Rafiq İsmayıl, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, Qubad İbadoğlu, Köçəri Nağıbəyli, Rauf Arifoğlu

Bu şəxslərin heç biri Milli Şuraya təmsil olunmur və Müsavatın rəqibi AXCP-yə bağlılığı yoxdur. Bu baxımdan, İ. Qəmbərin özünə yeni ətraf formalaşdırdığı ehtimalı böyüyür. Təbii ki, həmin görüşdə hər-hansı yeni birlik formatından danışılmaya da bilər, lakin ümumi mənzərə yeni birliyin sulietini nümayiş etdirir.

Görüşdə iştirak edən “El” hərəkatının funksioneri Köçəri Nağıbəyli Publika.Az-a deyib ki, yeni format müzakirə olunmayıb, amma respublikanın intellektual adamları bir araya toplaşıb bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparıb: “Birinci mövzu Rusiya təhlükəsi idi. Aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğal olunmasının ildönümü münasibətilə sənəd də qəbul olunacaq. Ortada yeni düşüncə mərkəzi kimi ideya var, amma hələ bunun adının konkret nə olacağı da bəlli deyil. Amma siyasi blok kimi olacağı mümkün deyil”.

Görüşün digər iştirakçısı Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli isə bildirib ki, Düşüncə Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılır, lakin konkret qərar olmayıb: “Görüşdə Rusiya təhlükəsi ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, görüşdən sonra ictimaiyyətə ümumi sənəd açıqlanmalıdır. Müxtəlif fikirlər səslənsə də yekunda ortaq mövqe hasil oldu. Sənəd yəqin ki, yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR